CROSSMEDIA - Analitik İnformasiya Portalı

Bütün xəbərlər

01:27 13.10.2026

Trampla qarşıdurmada olan konqresmen istintaqın hədəfində

58

ABŞ-da Demokratlar Partiyasından olan Konqres üzvü İlhan Omarın Vaşinqtondakı evində federal hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarış aparılıb. Crossmedia.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb. Məlumata görə, əməliyyat oktyabrın 12-də yerli vaxtla səhər saat 06:00 radələrində məhkəmənin verdiyi axtarış qərarı əsasında həyata keçirilib. Axtarış Somali əsilli konqresmenin uşaqlıq illərində ABŞ-a köçməsi zamanı rəsmiləşdirilən miqrasiya sənədləri ilə bağlı aparılan cinayət araşdırması çərçivəsində baş tutub. ABŞ Ədliyyə Nazirliyinin nümayəndəsi “Fox News”a açıqlamasında bildirib ki, Daxili Təhlükəsizlik Nazirliyinin İstintaq Xidməti (HSI) məhkəmə tərəfindən təsdiqlənmiş axtarış qərarını icra edib. Qeyd olunub ki, əməliyyat davam edən federal cinayət istintaqının tərkib hissəsidir. Araşdırmaya HSI rəhbərlik edir, Ədliyyə Nazirliyi isə prosesdə iştirak edir. İlhan Omar və onun Konqresdəki ofisi axtarışdan dərhal sonra rəsmi açıqlama verməyib. Xatırladaq ki, ABŞ administrasiyasının sərhəd təhlükəsizliyi məsələləri üzrə rəsmisi Tom Homan sentyabr ayında İlhan Omarla bağlı cinayət araşdırmasının aparıldığını açıqlamışdı. Hadisə ABŞ Prezidenti Donald Tramp ilə İlhan Omar arasında siyasi fikir ayrılıqlarının davam etdiyi dövrə təsadüf edir. Tərəflər arasında xüsusilə Minnesota ştatında immiqrasiya nəzarətinin gücləndirilməsi və Miqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) fəaliyyəti ilə bağlı gərginlik yaşanır.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR