CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Yasamal

16:23 12.11.2026

Yasamal rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib

181

Noyabrın 12-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş “Heydər Əliyev Konstitusiyası: Hüquqi Dövlətdən Suveren Zəfərə” adlı tədbir keçirilib. Crossmedia.az xəbər verir ki, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Gülüstan Kərimli, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının professoru, hüquq elmləri doktoru, ərazi partiya təşkilatının sədri Zahid Cəfərov, YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ərazi partiya təşkilatlarının sədrləri, rayon ictimaiyyətinin nümayəndələri, Prezident təqaüdünə layiq görülmüş tələbələr və gənclər iştirak ediblər. Tədbirin rəsmi hissəsindən öncə Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.

PREZİDENTİN GÜNDƏLİYİ

Son xəbərlər