CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Rəşid Məmmədəliyev

16:09 06.10.2026

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb

52

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında bu gün üçüncü yarış gününün görüşləri keçirilir. Crossmedia.az xəbər verir ki, üçüncü yarış günündə Milli Gimnastika Arenasında Azərbaycanı təmsil edən üç cüdoçudan ikisi mübarizəni dayandırıb. 73 kiloqram çəki dərəcəsində 2024-cü ilin Olimpiya və dünya çempionu Hidayət Heydərov ilk görüşünü 1/32 finalda Kosovo təmsilçisi Akil Qyakova qarşı keçirib və rəqibini məğlub edib. Cüdoçumuz 1/16 finalda Finlandiya təmsilçisi Olin Valtteriyə də qalib gələrək növbəti mərhələyə yüksəlib, lakin 1/8 finalda İtaliya təmsilçisi Covanni Espositoya məğlub olaraq mübarizəni dayandırıb. Eyni çəki dərəcəsində mübarizə aparan Rəşid Məmmədəliyev ilk mərhələdən azad olub. O, 1/16 finalda Kanadanı təmsil edən Castin Lemiri məğlub edib. Rəşid Məmmədəliyev 1/8 finalda Böyük Britaniya təmsilçisi İtan Nern üzərində qələbə qazanaraq növbəti mərhələyə adlayıb. Cüdoçumuz 1/4 finalda Fransanı təmsil edən Dayyan Bulemtafesə məğlub olub. Buna baxmayaraq, Azərbaycan cüdoçusu medal şansını qoruyub. Belə ki, Rəşid Məmmədəliyev təsəlliverici görüşdə İtaliya təmsilçisi Leonardo Valerianini məğlub edəcəyi təqdirdə bürünc medal uğrunda mübarizə aparmaq hüququ qazanacaq. Qadınların 57 kiloqram çəki dərəcəsində isə Xədicə Qadaşova 1/32 finalda Qırğızıstan təmsilçisi Janar Joldoşeva ilə qarşılaşıb və məğlub olub. Qeyd edək ki, oktyabrın 11-dək davam edəcək dünya çempionatında Azərbaycan 13 çəki dərəcəsində 24 cüdoçu ilə – 17 kişi və 7 qadın idmançı ilə təmsil olunur. Hələlik milli komandanın heyətində Əhməd Yusifov (60 kiloqram) qızıl medal qazanıb.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR