CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: 12 nəfər saxlanılıb

11:33 06.10.2026

Pişik sahiblərinin diqqətinə : minlərlə heyvan gecələr oğurlanıb

63

Crossmedia.az xəbər verir ki, Vyetnamın Ho Şi Min şəhərində təxminən 2 700 pişiyi oğurlayaraq satmaqda şübhəli bilinən 12 kişi saxlanılıb. Şəhər polisi bildirib ki, saxlanılan şəxslər pişikləri oğurlayaraq kəsilmək və ət kimi satılmaq üçün toplamaqda şübhəli bilinirlər. İstintaq zamanı pişik tələləri, xəz təmizləyən avadanlıqlar və tərəzilər də daxil olmaqla müxtəlif əşyalar müsadirə edilib. Məlumata görə, şübhəlilər gecə saatlarında kiçik qruplar halında motosikletlərlə yaşayış məntəqələrinə gedərək pişikləri oğurlayıblar. Onların pişikləri tələyə salmaq üçün balıq parçalarından yem kimi istifadə etdikləri bildirilir. Polis iyulun 8-də əməliyyat zamanı 50 pişik, 55 tələ, iki tərəzi, 14 çanta, 13 mobil telefon, yeddi motosiklet və iki xəz təmizləyən aparat aşkarlayıb. Həmçinin 6,7 milyon Vyetnam donqu (təxminən 257 ABŞ dolları) götürülüb. Saxlanılan şəxslər dindirmə zamanı təxminən 2 700 pişik oğurladıqlarını etiraf ediblər. Xilas edilən 50 pişikdən 13-ü sahiblərinə qaytarılıb, qalanları isə heyvanların mühafizəsi mərkəzində saxlanılır. Heyvanların müdafiəsi təşkilatlarının məlumatına görə, Vyetnamda hər il təxminən 5 milyon it və 1 milyon pişik ət üçün tutulur, oğurlanır, daşınır və kəsilir. Məlumata görə, Vyetnamda it və pişik ətinin istehlakı qanunidir, lakin heyvanların satışı ilə məşğul olan şəxslər onların mənşəyini göstərən icazələrə malik olmalıdırlar. İyun ayında da Ho Şi Min şəhərində kəsilmək üçün aparıldığı bildirilən 400-dən çox pişik xilas edilib.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR