Ekologiya

Biomüxtəliflik Yerdəki həyatın müxtəlifliyi üçün vacibdir. Heyvanlar, bitkilər, göbələklər və bakteriyalar kimi mikroorqanizmlər bura daxildir.

Cəmiyyətin sağlamlığı elə təbiətin əsasını təşkil edən təbii sərvətlərin mövcudluğu ilə ölçülür. Onları qorumaq və necə istifadə etmək isə bizlərdən asılıdır. Çünki təbiət insanların yaşaması və yaratması üçün mühümdür. O, insana havanı, mineral sərvətləri, göz oxşayan bioliji gözəllikləri təmənnasız verir.  

Bioloji müxtəlifliyinə görə Azərbaycan dünyada özünəməxsus yer tutur. Təbiətdə biomüxtəlifliyin tarazılığının qorunub saxlanılmasında müəyyən təbliğat işlərinin xüsusi rolu var. Biomüxtəlifliyin qorunması üçün təbiətə düzgün davranmalı, onu sevməliyik. 

Mövzu ilə bağlı ekoloq, “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli fikirlərini Crossmedia.az-a bildirib:

“Təbii yaşayış mühitinin qorunması,  mühazifəsi bizim zehniyyətimizə yaddır. İnsan ayağı dəyən yerlərdə şəhərləşmə və məskunlaşma ilə o ərazilərin təbii sakinlərini, təəssüf ki, oralardan köçürürük. Təbiəti urbanizasiya prosesi - şəhərləşmə məhv edir. Bizimsə, vəhşi təbiəti, biomüxtəlifliyi qorumaq problemimiz var. Təəssüf ki, biz bu problemi həll edə bilmirik. 
Biomüxtəlifliyin qorunması üçün görülən tədbirlər xüsusən uşaqlıqdan aşılanmalıdır. Mikromühitin yaranması biomüxtəlifliyin təbii mühitin formalaşmasına xeyli təkan vermiş olar”.


Samirə Kərimli

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il