Gündəm

ABŞ-nin dövlət katibi Antoni Blinken türkiyəli həmkarı Hakan Fidanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib. Bu barədə Dövlət Departamentinin mətbuat xidməti bildirib.

“ABŞ dövlət katibi Antoni C. Blinken bu gün Rio-de-Janeyroda keçirilən G20 sammiti çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb”, – sözçü Metyu Millerin yazılı açıqlamasında qeyd olunub.

Tərəflər “Livandakı münaqişənin BMT-nin Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin tam şəkildə həyata keçirilməsi və sərhədin hər iki tərəfindəki vətəndaşların öz evlərinə qayıtmasına imkan yaradacaq diplomatik həll yolunun vacibliyi” haqqında fikir mübadiləsi aparıblar.

“Onlar həmçinin Qəzzadakı humanitar səyləri, müharibənin dayandırılması və bütün girovların azad edilməsinin vacibliyini müzakirə ediblər. Bundan əlavə, Cənubi Qafqazda ləyaqətli və dayanıqlı sülhün əhəmiyyətinə toxunublar”, – açıqlamada diqqətə çatdırılıb.

report

 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il