Avropa

2022-ci ilin fevral ayından başlanan, minlərlə insanın həyatını itirdiyi Rusiya-Ukrayna müharibəsi hələ də davam edir. Ötən günlərdə ABŞ dövlət katibi Entoni Blinken ABŞ-nin Ukraynaya yeni hərbi yardım paketi ayıracağını açıqlayıb. Bəs bu yardımlar davam edən Rusiya-Ukrayna müharibəsinə hansı şəkildə təsir göstərə bilər?

Məsələ ilə bağlı politoloq Kazım Kazımov Crossmedia.az- a açıqlamasında bildirib ki, ABŞ-nin Ukraynaya yardımı ondan ibarətdir ki, bu müharibəni nə dayandırır, nə  Ukrayna ordusuna qəti qələbə verir, nə də ki müharibənin müddətini qısaldır:

"Sadəcə olaraq daha çox taktiki silahlardan istifadəyə icazə verilir və  xüsusilə Ukraynaya Rusiyanın dərinliklərinə enməmək xəbərdarlığı edilir, bu da müharibənin daha geniş radiusa yayılmasının qarşısını almaq kimi təsnif olunur. Lakin açıq demək lazımdır ki, artıq Qərb üçün, xüsusilə, Qərbdə silah ticarəti ilə məşğul olan və lobbiçilik fəaliyyəti ilə bu məsələdən pul qazanan  dairələr üçün Ukrayna müharibəsi  bir qazanc mənbəyinə, bir siyasət propaqanda mənbəyinə çevrilib. 

Həmçinin politoloq qeyd edib ki, bu səbəblərdən Rusiya Federasiyası ilə Ukrayna arasındakı onminlərlə insanın həyatını itirdiyi  qanlı müharibə Qərbin müharibəni uzatmaq üçün verdiyi yardımlara möhtac hala gəlib:

"Bu yardımlar da eyni şəkildə bundan öncəki yardımlar kimidir, söz verilənlə edilən yardımlar eyni deyil. Bunu Ukrayna mənbələri də açıq aşkar qeyd edir, ona görə də, bu yardımı da   bundan əvvəlki yardımlarla eyni qəbildən saymaq olar".

Gülşad İbrahimova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il