Texnologiya

Rusiya Alabuqa Xüsusi İqtisadi zonasında Ukrayna müdafiəsini zəiflətmək üçün saxta və termobarik yüklü "Şahed" dronları istehsal edib.

Crossmedia.az AP-yə istinadla xəbər verir ki,  yeni "Şahed" dronları son bir neçə ayda Ukraynaya edilən hücumlarda istifadə olunmağa başlanıb və nəhəng binaları dağıtmaq gücünə malikdir.

Ukraynalı hərbi rabitə mütəxəssisi Sergey Beskrestnov bildirib ki, Rusiya ordusu 2024-cü ilin yayında ilk dəfə termobarik yüklü pilotsuz təyyarələrdən istifadə edib və onun hesablamalarına görə, bu dronlar hücumlarda iştirak edən bütün dronların 3-5%-ni təşkil edir.

Onu da qeyd edək ki, Rusiya Ukrayna hərbçilərinin hücumun "öldürücü silah" yoxsa "oyuncağ" olduğunu müəyyən edə bilməsi üçün 2022-ci ildə "Yalançı Hədəf Əməliyyatı" ilə saxta dronlar və silahlı hədəfləri birgə istifadə etməyə başlayıb.

Beləliklə, Ukranya hərbçiləri hücumda hansı pilotsuz uçan aparatın - saxta, yoxsa termobarik yüklü olduğunu müəyyən edə bilmir, ona görə də bütün dronları vurmağa çalışırlar.

Nəzrin Salmanova 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il