Hadisə

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Sınıq Körpü, Bakı-Tərtər, Bakı-Bərdə, Bakı-Gədəbəy, Bakı-Daşkəsən, Bakı-Göyçay, Bakı-Göygöl, Bakı-Kürdəmir, Bakı-İsmayıllı, Sumqayıt-İsmayıllı, Sumqayıt-Naftalan, Sumqayıt-Mingəçevir, Mingəçevir-Qazax və Gəncə-Şəki şəhərlərarası, eləcə də Qusar 3 nömrəli şəhərdaxili avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Crossmedia.az AYNA-ya istinadən xəbər verir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 13 dekabr 2024-cü il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: Bu e-Posta adresi istenmeyen posta engelleyicileri tarafından korunuyor. Görüntülemek için JavaScript etkinleştirilmelidir.) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Sınıq Körpü (Qazax Sərhəd-Keçid Məntəqəsi), Bakı-Tərtər, Bakı-Bərdə, Bakı-Gədəbəy və Bakı-Daşkəsən istiqamətlərində 5 Lot üzrə dekabrın 17-də, Bakı-Göyçay, Bakı-Göygöl, Bakı-Kürdəmir, Bakı-İsmayıllı və Sumqayıt-İsmayıllı istiqamətlərində 5 Lot üzrə dekabrın 20-də, Sumqayıt-Naftalan, Sumqayıt-Mingəçevir, Mingəçevir-Qazax və Gəncə-Şəki istiqamətlərində, eləcə də Qusar 3 nömrəli şəhərdaxili avtobus marşrutu üzrə 5 Lotda dekabrın 24-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il