Uzun fasilə bitdi: Dəməşqdən Moskvaya uçuşlar yenidən başlayır
“Surian Airlines” şirkəti Dəməşq-Moskva marşrutu üzrə birbaşa uçuşları bərpa edir.
Crossmedia.az ˝TASS˝-a istinadən xəbər verir ki, şirkətin nümayəndəsinin məlumatına görə, reyslər bazar günündən etibarən yenidən həyata keçiriləcək. welattv.net
Beləliklə, Suriya paytaxtı ilə Rusiya paytaxtı arasında birbaşa hava əlaqəsi təxminən 1,5 illik fasilədən sonra bərpa olunacaq. Yeni reyslərin Suriyanın beynəlxalq aviasiya əlaqələrinin bərpası istiqamətində atılan addımlardan biri olduğu qeyd edilir.
Məlumata görə, uçuşlar Dəməşqdən Moskvanın Şeremetyevo hava limanına həyata keçiriləcək.
18:15 14.08.2026
Oxunuş sayı: 48