60 yaşdan sonra bu əlamətləri ciddiyə alın
60 yaşdan sonra nəfəs darlığı, ayaqlarda şişkinlik və həddindən artıq yorğunluq yalnız yaşlanma ilə bağlı olmaya bilər. Mütəxəssislər bu əlamətlərin xüsusilə birlikdə və uzun müddət davam etdiyi hallarda diqqətdən kənarda saxlanılmamasını tövsiyə edir. Belə simptomlar ürək, böyrək, ağciyər və maddələr mübadiləsi ilə bağlı problemlərə işarə edə bilər.
Crossmedia.az xəbər verir ki, “CNN Türk”ün məlumatına görə, sinə xəstəlikləri üzrə mütəxəssis Prof. Dr. Şevket Özkaya 60 yaşdan sonra gündəlik fəaliyyət zamanı yaranan nəfəs darlığı, qeyri-adi yorğunluq və hərəkət qabiliyyətinin azalmasının tibbi qiymətləndirmə tələb etdiyini bildirib. O, xüsusilə ayaq və baldırlarda davamlı şişkinlik, sürətli yorulma və nəfəs darlığının birlikdə müşahidə edilməsi halında həkimə müraciət etməyin vacibliyini vurğulayıb.
Mütəxəssis yaşlı insanların mütəmadi tibbi müayinələrdən keçməsini və ürək, böyrək, ağciyər və metabolik sağlamlığın kompleks şəkildə qiymətləndirilməsini tövsiyə edib.
17:46 14.08.2026
Oxunuş sayı: 40