Diyarbəkirdə 4 yaşlı uşaqda quduzluq aşkarlanıb
Türkiyənin Diyarbəkir şəhərində təxminən 4 ay əvvəl küçə pişiyinin dişlədiyi 4 yaşlı N.K. xəstəxanaya yerləşdirilib və quduzluq testi müsbət çıxıb.
Crossmedia.az xəbər verir ki, "Haber Global" bu barədə məlumat yayıb.
Məlumata görə, Sur rayonunun Böyükadı məhəlləsində yaşayan uşaq təxminən 4 ay əvvəl küçə pişiyi tərəfindən dodağından dişlənib. Ailəsi tərəfindən xəstəxanaya aparılan uşaq müayinələrdən sonra evə buraxılıb, lakin aylar sonra səhhəti pisləşib.
Uşaq Dağkapı Uşaq Xəstəlikləri Xəstəxanasında müalicəyə alınıb və vəziyyəti ağırlaşdıqdan sonra intubasiya edilib. Aparılan müayinələr zamanı quduzluq testi müsbət nəticələnib. Hadisədən sonra aidiyyəti qurumlar tərəfindən ərazidə tədbirlərə başlanılıb.
16:53 14.08.2026
Oxunuş sayı: 42