Ermənistanda siyasi gərginlik artır
Ermənistan parlamentinin spikeri Ruben Rubinyan hakimiyyət və müxalifət arasında aqressiya və qarşıdurma zəncirinin qırılmasının vacibliyini bildirib.
Crossmedia.az xəbər verir ki, Ruben Rubinyan avqustun 14-də Milli Assambleyada parlamentin İqtisadi məsələlər üzrə daimi komissiyasının sədrinin seçilməsi məsələsinin müzakirəsi zamanı bu barədə danışıb.
Spiker müxalif “Güclü Ermənistan” blokunun deputatı Edgar Kazaryanın ötən gün parlamentdə baş verən insidentdə iştirakını şərh edərək bildirib ki, cəmiyyətdə müxalifətdən məhz belə davranış gözlənilir. Onun sözlərinə görə, müxalifət uzun müddət aqressiya və təhqirlər üzərində öz imicini formalaşdırıb.
Rubinyan hakim “Vətəndaş müqaviləsi” partiyasının qarşılıqlı aqressiyanın davam etdirilməsinə fərqli yanaşdığını vurğulayıb. O, parlamentdə normal iş mühitinin formalaşdırılması üçün tərəflərin qarşıdurmadan uzaqlaşmalı olduğunu bildirib.
15:06 14.08.2026
Oxunuş sayı: 52