Xaricdə təhsil almaq istəyənlərin nəzərinə: bu diplomlar tanınmayacaq
Abituriyentlərin ixtisas seçimi artıq başlayıb. Yerli universitetlərlə yanaşı xaricə üz tutan abituriyentlərin də sayı kifayət qədərdir. Xaricdə təhsilə gedən abituriyentlərin ağlında suallar, valideynlərin isə nigarançılığı var. Ölkə seçimi, təqaüd, yataqxana kimi məsələlər hər zaman sual olaraq qalır. Bəs bu gün abituriyentlər hansı ölkələrə üz tutmalıdır? Hansı ölkənin ali təhsil müəssisələri abituriyentlərə daha yaxşı imkanlar vəd edir?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən “Ingla İnternational Education and Training Center”in icraçı direktoru Rza Babayev bildirib ki, burada ən əsas və diqqət yetirilməli məsələ ölkə və universitet seçimidir: “Çünki söhbət yalnız tələbənin xaricə göndərilməsindən getmir. Tələbənin orada yaşaması, yataqxanada qalması, aylıq ona göndərilən vəsaitin necə xərclənməsi də nəzərə alınmalıdır. Hazırda xaricdə təhsil almaq üçün seçim çoxdur. Bunların içərisində Özbəkistan, Türkiyə, Qazaxıstan və Avropa ölkələrini misal göstərmək olar. Tələbələr universitetlərə müraciət zamanı ilk növbədə müraciət etdikləri təhsil pilləsində universitetin akkreditasiyasına baxmalı və buna diqqət yetirməlidirlər. Bir çox ölkələrin dövlət universitetlərinin, demək olar ki, 99 faizinin akkreditasiyası mövcuddur. Tələbələr akkreditasiyaya baxdıqdan sonra istədikləri ixtisasa uyğun universitetləri seçə bilərlər. Hazırda tələbələrin ən çox müraciət etdiyi ölkələr Türkiyə və Özbəkistandır. Hətta belə deyə bilərəm ki, ən çox müraciət əslində Özbəkistan universitetlərinədir. Özbəkistan universitetlərində təhsil haqları və yaşayış xərcləri tələbələr üçün çox uyğun və əlverişlidir. Hətta onu da əlavə edim ki, Özbəkistanda tələbələrin qalması üçün pulsuz yataqxana və təqaüd imkanları yaradılır. Özbəkistan universitetləri çox prestijli, reputasiyası yüksək universitetlərdir”.

Ekspert qeyd edib ki, eyni zamanda Türkiyə universitetlərini də misal göstərə bilərəm: “Türkiyənin həm özəl, həm də dövlət universitetləri var. Türkiyənin, demək olar ki, bütün akkreditasiyalı universitetləri Azərbaycanda tanınır. Eyni zamanda, bu ölkələrin universitetlərinin diplomları beynəlxalq səviyyədə tanınır. Diplomlar həm Azərbaycanda, həm də digər ölkələrdə tanınır və keçərlidir. Tələbələr seçim zamanı, bildirdiyim kimi, universitetin akkreditasiyasına diqqət yetirməlidirlər. Burada ən düzgün seçim düzgün mentorluq xidməti göstərən xaricdə təhsil şirkətlərinin seçilməsidir. Bildiyimiz kimi, müəyyən məsələlərlə əlaqədar Azərbaycan xaricdə təhsil sektorunda xoşagəlməz hallar baş verir. Tələbələr də bu halları mediadan, televiziyadan və radiodan izləyir, şahid olurlar. Ona görə də düzgün xaricdə təhsil şirkəti seçilməlidir. Həmin xaricdə təhsil şirkəti araşdırılmalı, onun fəaliyyəti barədə məlumat əldə edilməlidir. Əgər həmin xaricdə təhsil mərkəzi haqqında hər hansı xoşagəlməz hal barədə məlumat yoxdursa, tələbələr həmin mərkəzlərə müraciət edərək xaricdə təhsil alacağı ölkəni və şəhəri seçə bilərlər. Tələbələrə təklif edirəm ki, bizim mərkəzimizdə – “Ingla İnternational Education Center”də – pulsuz konsultasiya xidmətindən yararlana bilərlər. Mərkəzimizə yaxınlaşıb düzgün ölkə, universitet və ixtisas seçimi ilə bağlı bizə müraciət edə bilərlər. Biz bu istiqamətdə tələbələrə düzgün məlumat verməyə və düzgün yönləndirmə etməyə çalışırıq. Çünki dürüst məlumat vermək və düzgün yönləndirmək bizim üçün əsas prioritetlərdən biridir. Biz tələbələrə ölkə və universitet seçimi barədə dolğun məlumat veririk, qəbul prosesində onlara kömək edirik. Tələbələrin göndərilməsi, orada qarşılanması və yerləşdirilməsi kimi məsələlərin hamısında tələbəyə dəstək veririk. Dörd il, yaxud beş və ya altı illik təhsil müddəti ərzində, təhsil başa çatana qədər biz hər zaman tələbənin yanındayıq. Tələbə diplomunu aldıqda həmin diplomun tanınması prosesində də ona kömək göstəririk. Tələbələrə öz yaxınlarımız, övladlarımız və dostlarımız kimi qayğı və münasibət göstərərək onları həmin universitetlərə yerləşdiririk. Bizim müraciət etdiyimiz istər Avropa ölkələri, istər Türkiyə, istərsə də Özbəkistan universitetləri olsun, bunların hamısında qarşılama, yerləşdirmə və transfer imkanlarımız mövcuddur. Tələbələr universitet seçimi zamanı bizdən ətraflı məlumat aldıqdan sonra büdcələrinə uyğun yataqxana, şəhər və təhsil haqqı təklif edirik. Bəzən tələbənin düzgün yönləndirilməsi nəticəsində onun düzgün ixtisas seçməsi mümkün olur. Tələbənin ixtisası onun öz istəyinə və yaxud da akademik göstəricilərinə əsasən müəyyənləşdirilir".
Zeynəb Həsən
11:30 12.08.2026
Oxunuş sayı: 58