Tramp uşaqlar üçün peyvənd siyahısını 11-ə endirdi
ABŞ Prezidenti Donald Tramp uşaqlar üçün ümumi tövsiyə olunan peyvəndlərin sayının 18-dən 11-ə endirilməsini nəzərdə tutan sərəncam imzalayıb.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Yeni yanaşmaya əsasən, hepatit B, COVID-19 və qripə qarşı peyvəndlər bütün uşaqlar üçün universal tövsiyə olunan peyvəndlər siyahısından çıxarılıb. Bununla belə, bu peyvəndlərin müəyyən hallarda tətbiqi mümkün olaraq qalır.
Sərəncam həmçinin qızılca, parotit və məxmərək əleyhinə kombinə edilmiş MMR peyvəndinin üç ayrı peyvəndə bölünməsini nəzərdə tutur. Onların müxtəlif həkim ziyarətləri zamanı vurulması təklif olunur.
Qərar ABŞ-da uşaqların peyvəndlənməsi ilə bağlı mövcud yanaşmanın əhəmiyyətli şəkildə dəyişdirilməsi kimi qiymətləndirilir və tibb ictimaiyyətində ciddi müzakirələrə səbəb olub.
16:54 11.08.2026
Oxunuş sayı: 53