Paşinyanın qızı Ermənistan Ədliyyə Nazirliyində təcrübə keçir
Ermənistanın Baş naziri Nikol Paşinyanın qızı Şuşan Paşinyanın ölkənin Ədliyyə Nazirliyində təcrübə keçdiyi açıqlanıb.
Crossmedia.az xəbər verir ki, "Sputnik Armenia" bu barədə Ermənistan Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirin mətbuat katibi Mariam Melkumyan bildirib ki, Şuşan Paşinyan “Nazirlə bir gün” proqramı çərçivəsində keçirilən müşavirədə iştirak edib. Proqramda təcrübə keçən tələbələr iştirak edirlər.
Bununla belə, Şuşan Paşinyanın nazirliyin hansı strukturunda və hansı istiqamət üzrə təcrübə keçdiyi açıqlanmayıb.
17:38 11.08.2026
Oxunuş sayı: 41