Səudiyyə gəmisinə raketlə hücum: 3 nəfər öldü
Səudiyyə Ərəbistanına məxsus kommersiya gəmisinə Bab əl-Məndəb boğazında raketlə hücum edilib və nəticədə ekipajın üç üzvü həlak olub.
Crossmedia.az xəbər verir ki, "ISNA" bu barədə məlumat yayıb.
İlkin məlumata görə, gəmi Yəmən ordusunun qüvvələri tərəfindən hücuma məruz qalıb.
Həlak olanlardan ikisi Pakistan, biri isə İndoneziya vətəndaşı olub.
16:06 11.08.2026
Oxunuş sayı: 37