Kəmaləddin Heydərov Kənan Aşurova VƏZİFƏ VERDİ
Fövqəladə Hallar Nazirliyinin (FHN) ləğv edilən Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin rəisi polkovnik Kənan Aşurova yeni vəzifə verilib.
O, FHN-nin Baş Əməliyyat İdarəsinin rəis müavini təyin edilib.
Crossmedia.az bildirir ki, bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.
Xatıradaq ki, Kənan Aşurov 04.06.1982-ci ildə Tovuz rayonunda anadan olub. Ailəlidir, 2 övladı var. Atası, mərhum İsaxan Aşurov 1989-1991-ci illərdə Tovuz Rayon Polis Şöbəsində istintaq bölməsinin rəisi, 1991-1992-ci illərdə Göyçay rayon Polis Şöbəsində baş müstəntiq, 1992-1993-cü illərdə Qazax Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. 1996-cı ildən vəkil kimi fəaliyyət göstərib və 2012-ci ilin 22 iyununda xərçəng xəstəliyindən müalicə olunduğu ABŞ-da vəfat edib.(qaynarinfo)
18:05 11.08.2026
Oxunuş sayı: 41