Başqırdıstanda sərxoş traktorçunun polis tərəfindən təqibi
Rusiyanın Başqırdıstan Respublikasının Neftekamsk şəhərində sərxoş vəziyyətdə olan traktor sürücüsü polisin “saxla” tələbinə tabe olmayaraq qaçmağa çalışıb.
Crossmedia.az xəbər verir ki, hadisə ilə bağlı Rusiya mediası məlumat yayıb.
Sürücü təqibdən yayınmaq üçün traktoru birbaşa sahəyə sürüb. Yolun olmamasına və hərəkətin çətinləşməsinə baxmayaraq, Dövlət Yol Patrul Xidmətinin əməkdaşları təqibi davam etdirərək sürücünü saxlayıblar.
Məlumata görə, sürücü hadisə zamanı sərxoş vəziyyətdə olub.
18:04 11.08.2026
Oxunuş sayı: 43