Azərbaycanda vergi cinayətləri 54%-ə yaxın artıb
2025-ci ildə Azərbaycanda vergi hüquqpozmaları ilə bağlı icraatda olmuş cinayət işlərinin sayı 2 131 olub.
Crossmedia.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ötənilki fəaliyyətinə dair illik hesabatda bildirilir.
Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 53,9 % çoxdur.
Hesabat dövründə barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin sayı 2,7 dəfə azalaraq 7-yə düşüb, başa çatmış cinayət işləri üzrə vurulmuş ziyan 3,7 dəfə artaraq 202,7 milyon manata, cinayət işləri üzrə dövlət büdcəsinə ödənilmiş vəsait 4,8 dəfə artaraq 156 milyon manata çatıb.
2025-ci ildə icraatda olmuş cinayət işlərinin 980-i və ya 46 %-i başlanmış, 75-i və ya 3,5 %-i əvvəlki ildən icraatda qalmış, 1 007-si və ya 47,3 %-i icraatı təzələnmiş, 39-u və ya 1,8 %-i başqa işlərdən ayrılmış, 20 və ya 0,9 %-i qaytarılmış, 10 və ya 0,5 %-i digər hüquq-mühafizə orqanlarından daxil olmuş işlər olub.
15:44 11.08.2026
Oxunuş sayı: 59