Tramp İrandan gələn sui-qəsd təhdidinə görə Türkiyədən gizli təxliyə edilib
ABŞ Prezidenti Donald Tramp NATO sammitindən sonra Türkiyədən İrandan gələn sui-qəsd təhdidi səbəbindən ictimaiyyətə bildirildiyi kimi “Air Force One” təyyarəsi ilə deyil, gizli şəkildə C-32A hərbi təyyarəsi ilə çıxarılıb.
Crossmedia.az xəbər verir ki, “The Washington Post” bu barədə məlumat yayıb.
Məlumata görə, 8 iyulda Ankara hava limanında Tramp əvvəlcə jurnalistlərin qarşısında “Air Force One” təyyarəsinə minib. Daha sonra prezident və bir neçə köməkçisi hava limanında istifadə olunan iaşə yük maşını vasitəsilə gizli şəkildə həmin təyyarədən çıxarılaraq daha kiçik C-32A hərbi təyyarəsinə keçirilib.
“The Washington Post” yazır ki, “Air Force One” isə jurnalistlər və Ağ Ev əməkdaşlarının bir hissəsi ilə Böyük Britaniyaya uçaraq prezidentin həmin təyyarədə olduğu görüntüsünü yaradıb.
Qəzetin məlumatına görə, bu əməliyyat Trampa qarşı İran tərəfindən konkret sui-qəsd təhdidinin müəyyənləşdirilməsindən sonra həyata keçirilib. Ağ Ev Trampa qarşı təhdidlərin mövcudluğunu təsdiqləsə də, əməliyyatın detalları barədə açıqlama verməyib.
Tramp daha sonra Böyük Britaniyadan Vaşinqtona yeni “Air Force One” təyyarəsi ilə yola düşüb. ABŞ prezidentinin Türkiyədən çıxarılması ilə bağlı gizli əməliyyatın məqsədinin onun real marşrutunu və yerini mümkün hücumdan qorumaq olduğu bildirilib.
15:28 11.08.2026
Oxunuş sayı: 43