Gürcüstanın Baş naziri Rusiyanı düşmən adlandırmaqdan imtina edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Rusiyanı ölkəsinin düşməni hesab edib-etmədiyi barədə suala birbaşa cavab verməyib.
Crossmedia.az xəbər verir ki, "Sputnik" bu barədə məlumat yayıb.
Kobaxidze jurnalistlərin “Rusiya düşməndirmi?” sualına cavab olaraq bildirib ki, ondan Rusiyanı düşmən elan etməsi ilə bağlı başlıq yaratmaq istəyirlər.
O, belə bir siyasi bəyanatın sonradan konkret addımlarla müşayiət olunmalı olduğunu deyib və 2008-ci ildə, eləcə də ondan əvvəl Mixeil Saakaşvilinin rəhbərlik etdiyi “Vahid Milli Hərəkat” partiyasının atdığı addımları xatırladıb.
17:22 11.08.2026
Oxunuş sayı: 41