Ermənistandan KTMT-yə qayıdış olmayacaq
Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Sarkis Xandanyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qayıtmayacağını bildirib.
Crossmedia.az xəbər verir ki, Sarkis Xandanyan bu barədə açıqlama verib.
Onun sözlərinə görə, Ermənistanın KTMT-də iştirakını yenidən aktivləşdirməsinə səbəb ola biləcək heç bir əsas və ya şərait yoxdur.
16:47 11.08.2026
Oxunuş sayı: 39