Tramp: İranın bankiri mənəm
ABŞ Prezidenti Donald Tramp İran iqtisadiyyatının ağır vəziyyətdə olduğunu və ölkənin valyuta və hərbçilərinə ödənişlərlə bağlı problemlər yaşadığını bildirib.
Crossmedia.az xəbər verir ki, Tramp "Wayne Allyn Root"la müsahibəsində İranın iqtisadi vəziyyətindən danışıb.
“Onların valyutası demək olar ki, heç bir dəyərə malik deyil. Onlar hərbçilərinə maaş verə bilmirlər və hərbçilər xidməti tərk edirlər. Onlar borc götürə bilmirlər. Biz onların puluna nəzarət edirik. Mən onların bankiriyəm”, – Tramp deyib.
16:34 11.08.2026
Oxunuş sayı: 39