Baydenin oğlu Netanyahu haqqında sərt danışdı
ABŞ-ın sabiq prezidenti Co Baydenin oğlu Hanter Bayden İsrailin Baş naziri Binyamin Netanyahuya qarşı tənqidin antisemitizm kimi qiymətləndirilməməli olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, "Taker Karlson"la müsahibəsində Hanter Bayden Netanyahu barədə sərt ifadələr işlədib.
O, Netanyahuya qarşı tənqidin antisemitizm olmadığını deyərək İsrailin baş nazirini “şərin təcəssümü” adlandırıb.
“Əgər antisemitizm Bibi Netanyahunun şərin təcəssümü olduğunu göstərməkdirsə, insanlara nə deyəcəyimi bilmirəm. Sadəcə gözlərinizi açın. Heç olmasa bir dəqiqəlik ürəyinizi açın”, – Hanter Bayden deyib.
16:01 11.08.2026
Oxunuş sayı: 40