Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) 27 Sentyabr – Anım Günü ilə bağlı Vətən müharibəsi şəhidlərini yad edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib.
"27 Sentyabr – Anım Günü ilə bağlı Qarabağ uğrunda şəhid olan azərbaycanlı qardaşlarımızı hörmət və rəhmətlə anırıq", – paylaşımda bildirilib.
Qeyd olunub ki, Türkiyə "Bir millət, iki dövlət" şüarı ilə Azərbaycanın yanında olmağa davam edəcək.
10:40 27.09.2026
Oxunuş sayı: 39