Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar...
Ötən gün Balakəndə baş vermiş zəncirvari qəzada daha bir ailə üzvü həyatını itirib.
Crossmedia.az xəbər verir ki, 1975-ci il təvəllüdlü Mütəllibov Yaşar Mahamarəsul oğlu bu gün dünyasını dəyişib.
Bununla da "Hyundai”, "KİA” və "Toyota” markalı avtomobillərin toqquşması nəticəsində vəfat edənlərin sayı 4 nəfərə çatıb.
Dünən isə Y. Mütəllibovun "Toyota”da olan ailə üzvləri - oğlu Rəşad Mütəllibov və həyat yoldaşı 1974-cü il təvəllüdlü Məmmədova Pərvanə Zahid qızı, "Hyundai” markalı avtomobilin sürücüsü Hoorsova Məryəm Kamil qızı hadisə yerində vəfat etmişdilər.
Qəzada xəsarət alan digər şəxsin - 1965-ci il təvəllüdlü Soltanov Şərif Siracəddin oğlunun müalicəsi isə davam etdirilir.
Bildirilir ki, ailə toy hazırlığı üçün yola çıxıbmış. Belə ki, vəfat edən gəncin avqustun 25-i toyu olacaqmış.(Qafqazinfo)
14:11 11.08.2026
Oxunuş sayı: 50