Qərbin Rusiya ilə qarşıdurmasına dair yeni açıqlama verilib
Qərbin Rusiya ilə qarşıdurmada Ukraynaya dəstəyi üçün böyük resurslar sərf etdiyi, lakin münaqişənin uzanması fonunda bu siyasətin nəticələrinin sual doğurduğu bildirilib.
Crossmedia.az xəbər verir ki, Slovakiyanın “Slovo” nəşri bu barədə məqalə yayıb.
Nəşrin müəllifi İvan Hoffman yazır ki, Qərbin Rusiyanı zəiflətmək və parçalamaq cəhdləri, onun fikrincə, uğursuzluqla nəticələnə bilər. Məqalədə Qərbin Ukraynaya dəstək üçün böyük maliyyə və digər resurslar ayırdığı, böhranın uzanması ilə münaqişədə gözlənilən nəticələrə dair sualların artdığı qeyd olunur.
Müəllif həmçinin mümkün birbaşa Rusiya-Qərb qarşıdurmasının nəticələri barədə öz mövqeyini ifadə edərək, belə ssenaridə Qərb dövlətlərinin məğlubiyyətlə üzləşə biləcəyini iddia edir. Bu fikirlər “Slovo” nəşrinin müəllif yazısında səsləndirilib və nəşrin mövqeyini əks etdirir.
19:37 28.09.2026
Oxunuş sayı: 37