“Yüksəliş” müsabiqəsinin qalibləri ilə strateji qərarların qəbulu prosesində prioritetlərə dair fikir mübadiləsi aparılıb
İqtisadiyyat naziri Mikayıl Cabbarov V “Yüksəliş” müsabiqəsinin qalibləri Elnur Məmmədli və Kamran Ələsgərovla Mentorluq proqramı çərçivəsində növbəti görüş keçirib.
Crossmedia.az xəbər verir ki, İqtisadiyyat Nazirliyindən bildirilib ki, görüş zamanı idarəçilikdə institusional yanaşmalar, strateji qərarların qəbulu prosesində prioritetlər, eləcə də iqtisadi transformasiya şəraitində rəhbər şəxslər üçün zəruri bilik və bacarıqlar barədə fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, fərdi inkişaf planı çərçivəsində görülən işlər və əldə olunan nəticələr nəzərdən keçirilib, bu sahədə qazanılmış təcrübə dəyərləndirilib.
18:21 03.08.2026
Oxunuş sayı: 55