ABŞ İrana qarşı tarixin ən çətin əməliyyat planını hazırlayır
ABŞ xüsusi əməliyyat qüvvələrinin İranın möhkəmləndirilmiş nüvə obyektlərində zənginləşdirilmiş uranın ələ keçirilməsi üçün hərb tarixinin ən mürəkkəb əməliyyatı adlandırılan missiyaya hazır olduğu iddia edilir.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝The New York Post˝ mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, mümkün əməliyyat İranın nüvə obyektlərinə minlərlə quru qoşununun cəlb olunacağı genişmiqyaslı hücumu nəzərdə tutur. Əməliyyat zamanı minalardan, xüsusi tələlərdən istifadə ediləcəyi, həmçinin obyektlərin ətrafında böyük müdafiə xəttinin yaradılacağı bildirilir.
İddialara görə, daha sonra xüsusi təyinatlılardan ibarət kiçik qrup birbaşa obyektlərdəki qalıqların çıxarılması əməliyyatını həyata keçirəcək.
Mənbə qeyd edib ki, belə bir ssenaridə ABŞ hərbçiləri dağıdılmış giriş yollarını təmizləməli və eyni zamanda İran qüvvələrinin mümkün hücumlarını dəf etməli olacaqlar.
Bundan əlavə, əməliyyatın həyata keçirilməsi üçün ABŞ qüvvələrinin hərbi aviasiyanın təhlükəsiz hərəkət edə biləcəyi hava dəhlizinə tam nəzarət etməsi tələb olunacaq.
18:39 26.07.2026
Oxunuş sayı: 71