Rusiyada təbii fəlakət nəticəsində zərərçəkənlərin sayı 28-ə çatıb
Rusiyanın Rostov-na-Donu şəhərində baş verən təbii fəlakət nəticəsində zərərçəkənlərin sayı 28 nəfərə yüksəlib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə şəhərin meri məlumat verib.
Məlumata görə, vəziyyətin mürəkkəbləşməsi ilə əlaqədar şəhər ərazisində fövqəladə vəziyyət rejimi elan olunub.
Hazırda aidiyyəti qurumlar fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirləri davam etdirir. Zərərçəkənlərə tibbi və digər zəruri yardımlar göstərilir.
15:43 26.07.2026
Oxunuş sayı: 67