KİV: Patriot istehsalı Ukraynanı xilas etməyəcək
ABŞ istehsalı olan Patriot zenit-raket komplekslərinin lisenziyalarının əldə edilməsi Ukraynanın hava hücumundan müdafiəsini nə bu il, nə də böyük ehtimalla gələn il əhəmiyyətli dərəcədə gücləndirməyəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Sunday Telegraph” nəşri yazır.
Nəşrin qiymətləndirməsinə görə, Patriot sistemlərinin yerli istehsalına başlamaq uzunmüddətli və mürəkkəb prosesdir. Bunun üçün ilk növbədə zavodun tikilməsi, istehsal xətlərinin qurulması və həmin sahədə çalışacaq mütəxəssislərin hazırlanması tələb olunur.
Mütəxəssislər bildirirlər ki, bütün bu mərhələlər həm ciddi maliyyə vəsaiti, həm də uzun zaman tələb edir. Buna görə də, istehsal lisenziyalarının verilməsi qısa müddətdə Ukraynanın müdafiə qabiliyyətinə nəzərəçarpacaq təsir göstərməyəcək.
16:15 26.07.2026
Oxunuş sayı: 62