Çində "Hunşya" qasırğası: 700 mindən çox insan təxliyə edildi
Çinin cənubunda sahilə çatan "Hunşya" tayfunu səbəbindən 700 mindən çox sakin təhlükəsiz ərazilərə köçürülüb.
Crossmedia.az xəbər verir ki, "Xinhua" bu barədə məlumat yayıb.
Məlumata görə, tayfun iyulun 26-sı səhər saatlarında ölkənin cənub sahillərinə çatıb. Küləyin sürəti saniyədə 45 metrə qədər yüksəlib, nəticədə bir sıra binaların dam örtükləri və üzlükləri zədələnib.
Təhlükəsizlik məqsədilə 29 müvəqqəti sığınacaq açılıb, məktəblərdə isə dərslər dayandırılıb.
Ən çox təxliyə Huyçjou şəhərində həyata keçirilib. Burada 205 min nəfər, Şanvey şəhərində isə 192 min nəfər təhlükəsiz ərazilərə köçürülüb.
Hazırda "Hunşya" tayfunu Quanqdon əyaləti istiqamətində şimala doğru hərəkətini davam etdirir.
13:55 26.07.2026
Oxunuş sayı: 68