Mixail Drapatının adından yayılan paylaşımın arxasındakı həqiqət üzə çıxıb
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı X sosial şəbəkəsində baş komandan Mixail Drapatı adından yayılan paylaşımın saxta olduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, qurumun yaydığı məlumata görə, Ukrayna ordusunda auditə başlanıldığı iddia edilən paylaşım Drapatının rəsmi hesabında dərc olunmayıb.
Baş Qərargah həmçinin bildirib ki, sözügedən ˝X˝ səhifəsi baş komandanın rəsmi hesabı deyil və onun rəsmi sosial media səhifələrinin siyahısını təqdim edib.
17:25 26.07.2026
Oxunuş sayı: 62