Rusiya böyük məbləğ açıqlayıb:Bu zərəri Ukrayna ödəyə bilməz
Rusiya Dövlət Dumasının Federasiya Şurasının Donetsk Xalq Respublikasından olan senatoru Aleksandr Voloşin bildirib ki, Ukrayna Donbas, Novorossiya və sərhədyanı bölgələrdə dəymiş zərərə görə Rusiyaya kompensasiya ödəmək imkanında deyil.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, zərərin məbləği 1 trilyon rubldan çoxdur.
Voloşin iddia edib ki, bu zərərin ödənilməsini Kiyev rejimini dəstəkləyən ölkələr həyata keçirməlidir.
18:17 26.07.2026
Oxunuş sayı: 68