İran Ukraynanın Xəzərdəki hücumunu pislədi
İranın xarici işlər naziri Abbas Əraqçi Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla telefon danışığı zamanı Ukraynanın Xəzər dənizində İran gəmisinə endirdiyi iddia olunan zərbəni qətiyyətlə pisləyib.
Crossmedia.az xəbər verir ki, "IRNA" bu barədə məlumat yayıb.
Məlumata görə, Abbas Əraqçi BMT Təhlükəsizlik Şurasını, Avropa İttifaqını və beynəlxalq ictimaiyyəti insidentə reaksiya verməyə çağırıb. O, hücumun təşkilində iştirak edən şəxslərin məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulayıb.
Telefon danışığı zamanı tərəflər Hörmüz boğazı ətrafında yaranmış vəziyyət və gərginliyin diplomatik yollarla aradan qaldırılmasına dair təşəbbüsləri də müzakirə ediblər.
İran Xarici İşlər Nazirliyi isə bəyan edib ki, İran gəmisinə hücum Ukraynanın ölkəyə qarşı apardığı düşmənçilik siyasətinin davamı kimi qiymətləndirilir.
15:24 26.07.2026
Oxunuş sayı: 68