İspaniyadan Ərdoğana təşəkkür: Biz də Türkiyəyə kömək edəcəyik
Türkiyə İspaniyada davam edən meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə iki yanğınsöndürmə təyyarəsi göndərib.
Crossmedia. Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Madriddəki səfirliyi məlumat yayıb.
Buna cavab olaraq, Avropa Parlamentinin ispaniyalı deputatı Naço Sançes Amor Türkiyəyə və Prezident Rəcəb Tayyib Ərdoğana göstərilən dəstəyə görə təşəkkür edib. O bildirib ki, gələcəkdə ehtiyac yaranacağı təqdirdə İspaniya da Ankaraya yardım göstərməyə hazırdır.
Tərəflər qarşılıqlı həmrəyliyin və təbii fəlakətlərlə mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıblar.
16:27 26.07.2026
Oxunuş sayı: 63