Kürdəmirdə zəncirvari yol qəzası olub, bir nəfər ölüb
Kürdəmir rayonunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Crossmedia.az xəbər verir ki, hadisə Ağsu–Kürdəmir–İmişli avtomobil yolunun rayonun Təklə kəndindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan "Daewoo" markalı avtomobil yol kənarında dayanmış "VAZ-2106" markalı avtomobilə, daha sonra isə eyni markalı digər "VAZ" avtomobilinə çırpılıb. Zərbənin təsirindən avtomobillərdən biri yoldan çıxaraq aşıb.
Qəza nəticəsində rayon sakinləri, 1998-ci il təvəllüdlü Əlismayıl Əliyev və 1992-ci il təvəllüdlü Kamran Nadir oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Həkimlərin səylərinə baxmayaraq, Kamran Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.(APA)
14:16 26.07.2026
Oxunuş sayı: 63