Husilər Səudiyyə Ərəbistanına məxsus "Bayraktar Akıncı" PUA-sını vurduqlarını iddia edirlər
Yəməndəki "Ənsar Allah" hərəkatının husi qruplaşması Səudiyyə Ərəbistanına məxsus "Bayraktar Akıncı" kəşfiyyat-zərbə pilotsuz uçuş aparatını vurduqlarını iddia edib.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə husilərin hərbi sözçüsü Yəhya Səriaya istinadən məlumat yayıb.
Sərianın sözlərinə görə, Türkiyə istehsalı olan "Bayraktar Akıncı" pilotsuz uçuş aparatı Yəmənin şimalındakı Əl-Cauf əyalətinin hava məkanında "düşmən fəaliyyəti" həyata keçirərkən vurulub.
O bildirib ki, pilotsuz uçuş aparatı husilər tərəfindən "müvafiq silah vasitəsilə" məhv edilib.
Səudiyyə Ərəbistanı isə husilərin bu iddiası ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
14:23 26.07.2026
Oxunuş sayı: 64