Krımda pilotsuz uçuş aparatları təhlükəsi elan edilib
Rusiyanın nəzarətində olan Ukraynanın Krım yarımadasında pilotsuz uçuş aparatları ilə bağlı təhlükə rejimi elan olunub.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə Krım üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinə istinadən məlumat yayıb.
Məlumata görə, aidiyyəti qurum regionda pilotsuz uçuş aparatları təhlükəsi barədə xəbərdarlıq edib.
Bir müddət sonra isə təhlükə rejiminin ləğv edildiyi bildirilib.
Təhlükənin elan olunmasının səbəbləri və mümkün insidentlərlə bağlı əlavə məlumat açıqlanmayıb.
13:47 26.07.2026
Oxunuş sayı: 58