İran və ABŞ vasitəçilərin təklifinə gözlənilməz cavab verib
İran və ABŞ tərəflər arasında dolayı dialoqun bərpasına dair Pakistan və Qətərin irəli sürdüyü təşəbbüsə cavablarını təqdim ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Telekanalın mənbələrinin bildirdiyinə görə, Vaşinqton və Tehran Pakistan-Qətər vasitəçiliyi ilə təqdim olunan danışıqların yenidən başlanması təklifinə öz mövqelərini çatdırıblar. Lakin tərəflərin cavablarının məzmunu barədə hələlik ətraflı məlumat açıqlanmayıb.
Bundan əvvəl vasitəçi ölkələrin mümkün razılaşmaların müzakirəsi məqsədilə 10 günlük atəşkəs rejiminin tətbiqini təklif etdiyi bildirilmişdi. Məqsəd İran və ABŞ arasında qüvvədə olmuş müvəqqəti razılaşmanın bərpası imkanlarını nəzərdən keçirməkdir.
“Al Hadath”ın məlumatına əsasən, Tehran və Vaşinqton arasında əldə oluna biləcək yeni razılaşmalar daha əvvəl tərəflərin imzaladığı qarşılıqlı anlaşma memorandumunun müddəalarının icrasını da əhatə edə bilər.
15:58 26.07.2026
Oxunuş sayı: 55