Əraqçi: İranın regiondakı fəaliyyəti qonşularına qarşı yönəlməyib
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehranın Yaxın Şərqdə atdığı addımlar qonşu ölkələrə qarşı düşmənçilikdən irəli gəlmir və yalnız ABŞ-yə qarşı yönəlib.
Crossmedia.az xəbər verir ki, "IRNA" bu barədə məlumat yayıb.
Abbas Əraqçi qeyd edib ki, İran ABŞ ilə münaqişə başa çatdıqdan sonra qonşu dövlətlərlə qarşılıqlı etimada əsaslanan münasibətləri bərpa etmək niyyətindədir.
Nazirin sözlərinə görə, Tehran regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsində maraqlıdır və bu məqsədlə Səudiyyə Ərəbistanına husilərlə bağlı münaqişənin həllində vasitəçilik və dəstək göstərməyə hazırdır.
Nazirin sözlərinə görə, Tehranın regional siyasəti qonşu ölkələrə qarşı deyil və İran region dövlətləri ilə əməkdaşlığın inkişafında maraqlıdır.
13:36 26.07.2026
Oxunuş sayı: 59