Türkiyənin F-16-ları NATO missiyasına qoşulur
Türkiyənin F-16 qırıcı təyyarələri NATO-nun Baltikyanı ölkələrin hava məkanının patrullanması missiyası çərçivəsində Estoniyada yerləşdiriləcək.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, missiyada iştirak etmək üçün 5 Türkiyə F-16 qırıcısı və 76 hərbçi Estoniyaya göndəriləcək.
Əməliyyata hazırlıq Türkiyə Hərbi Hava Qüvvələrinin Diyarbəkirdə yerləşən 8-ci əsas aviabazasının komandanlığına məxsus bazada həyata keçirilir.
Türkiyə hərbçilərinin NATO missiyası çərçivəsində Baltikyanı ölkələrin hava məkanında sutka ərzində patrul xidməti aparacağı bildirilir.
18:49 26.07.2026
Oxunuş sayı: 58