Ukrayna XİN başçısı Tokayevin Putinə çağırışını dəstəklədi
Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiya Prezidenti Vladimir Putinə müharibəni dayandırmaqla bağlı çağırışını dəstəklədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, "Ukrinform" bu barədə məlumat yayıb.
Sibiqa qeyd edib ki, Tokayevin müharibənin dayandırılmasına dair çağırışı beynəlxalq səviyyədə sülhün bərqərar olunmasına yönəlmiş mühüm təşəbbüsdür.
Qeyd edək ki, Rusiya tərəfi Ukrayna xarici işlər nazirinin bu açıqlamasına hələlik münasibət bildirməyib.
14:16 26.07.2026
Oxunuş sayı: 59