Peskov: Hər şey Rusiyanın maraqlarından asılıdır
Kremlin sözçüsü Dmitri Peskov ABŞ və Ukrayna arasında münaqişənin nizamlanması ilə bağlı yeni formulaların müzakirə oluna biləcəyi barədə açıqlamalar eşitdiklərini bildirib.
Crossmedia.az bu barədə ˝TASS˝-a istinadən xəbər verir.
Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-də amerikalı rəsmilərlə görüşü gözlənilir və həmin təmaslardan sonra konkret təkliflər irəli sürülə bilər.
Peskov qeyd edib ki, Moskva ABŞ-nin danışıqlar aparan nümayəndələri ilə dialoq kanallarını qoruyub saxlayır. O vurğulayıb ki, gələcəkdə səsləndiriləcək istənilən formul və ya təklifin taleyi onların Rusiyanın maraqlarına nə dərəcədə uyğun olacağından asılı olacaq.
17:36 26.07.2026
Oxunuş sayı: 67