Rusiya MN: bir sutkada 172 Ukrayna PUA-sı məhv edilib
Rusiya Müdafiə Nazirliyi ölkənin hava hücumundan müdafiə sistemlərinin son sutka ərzində 172 Ukrayna pilotsuz uçuş aparatını (PUA) məhv etdiyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirliyin məlumatına görə, PUA-lar Rusiya ərazisi üzərində, həmçinin Qara və Azov dənizlərinin akvatoriyası üzərində zərərsizləşdirilib.
Qeyd edək ki, məlumat Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsaslanır. Ukrayna bu iddialarla bağlı hələlik açıqlama verməyib.
23:53 23.07.2026
Oxunuş sayı: 51