Fransada sui-qəsd planı son anda ifşa olunub
İsrail Yayım Təşkilatı İranın Fransada fəaliyyət göstərən bir vasitəçi vasitəsilə İsrail rəsmilərinə qarşı sui-qəsd həyata keçirməyə cəhd etdiyini iddia edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, təhlükəsizlik orqanları planlaşdırıldığı bildirilən sui-qəsd cəhdinin qarşısını vaxtında alıb.
Xəbərdə hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb. İran isə bu iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib.
23:40 23.07.2026
Oxunuş sayı: 32