Özbəkistan muzeylərindən yüzlərlə eksponat yoxa çıxıb
Özbəkistanın dövlət muzeylərində aparılan inventarlaşdırma zamanı çox sayda muzey əşyasının çatışmadığı aşkarlanıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Kokand Dövlət Muzey-Qoruğu və onun filiallarında təxminən 500 eksponatın, Sırdərya vilayətinin Dövlət Tarix və Mədəniyyət Muzeyində isə daha 16 eksponatın olmadığı müəyyən edilib.
Aşkarlanmış faktlarla bağlı materiallar hüquqi qiymət verilməsi üçün artıq prokurorluğa göndərilib.
Hazırda itkin düşən eksponatların taleyi və hadisənin səbəbləri araşdırılır.
22:50 23.07.2026
Oxunuş sayı: 44