21-ci paketdə sürpriz detal: Rusiya LNG daşımaları davam edə bilər
Avropa Komissiyası Rusiyaya qarşı 21-ci sanksiyalar paketinin Rusiya mayeləşdirilmiş təbii qazının (LNG) Avropa tankerləri ilə Avropa İttifaqına daxil olmayan ölkələrə daşınmasına qadağa nəzərdə tutmadığını təsdiqləyib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qeyd olunur ki, yeni məhdudiyyətlər paketi Rusiya enerji sektoruna qarşı bir sıra tədbirləri əhatə etsə də, sözügedən daşımalarla bağlı tam qadağa tətbiq edilmir.
22:34 23.07.2026
Oxunuş sayı: 48