Qocalıq üçün pul toplamayın – İlon Mask gələcəyin ssenarisini açıqladı
Milyarder və texnologiya sahibkarı İlon Mask süni intellekt və robototexnikanın gələcəyi ilə bağlı növbəti diqqətçəkən açıqlamasını verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Mask bildirib ki, yaxın 10–20 il ərzində süni intellekt və humanoid robotların geniş yayılması insan əməyinə tələbatı və istehsal xərclərini kəskin azalda bilər.
Onun sözlərinə görə, mal və xidmətlərin bolluğu yarandığı halda mövcud iqtisadi model və ənənəvi pul sistemi ciddi dəyişikliklərə məruz qala bilər.
“İnsanlar pulu rahat qocalıq üçün yığmır. Onlar tezliklə dəyişə biləcək bir dünyada yaşamaq üçün pul saxlayırlar”, – deyə Mask bildirib.
Milyarder daha əvvəl də süni intellektin əmək bazarına və qlobal iqtisadiyyata böyük təsir göstərə biləcəyini vurğulayıb.
21:32 23.07.2026
Oxunuş sayı: 30